AZ

Hibrd modellər Avropa avtomobil bazarında üstünlük qazanıb

ain.az, Reyting.az saytına istinadən bildirir.

Avropa Birliyində (AB) minik avtomobilləri bazarında ən böyük pay hibrid mühərrikli maşınlara məxsusdur.

Reyting.az xəbər verir ki, bunu Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) bildirib.

2025-ci ildə AB bazarlarında 10,8 milyondan çox yeni avtomobil satılıb. Mənfi dinamika yalnız ənənəvi mühərrikli avtomobillər seqmentində qeydə alınıb.

Hibrid avtomobillər AB-də yeni minik avtomobilləri bazarının ən böyük payını və satışların 34,5 faizini təşkil edir.

Benzinlə işləyən avtomobillərin satışı ikinci yerdədir (26,6%). Elektrikli nəqliyyat vasitələri ilk üçlüyü 17,4 faiz payla tamamlayır.

Bəzi mütəxəssislər bunu Avropa avtomobil bazarında tektonik dəyişiklik sayır.

Dekabr ayında AB bazarında mühüm struktur dəyişiklikləri baş verib. Ekspertlər ötən ay tam elektrikli nəqliyyat vasitələrinin satışlarının ilk dəfə benzinlə işləyən nəqliyyat vasitələrinin satışlarını üstələdiyini aşkar ediblər.

Mütəxəssislər ənənəvi olaraq elektrik avtomobillərinin populyarlığını texniki xidmət və yanacağa əhəmiyyətli dərəcədə qənaət, ətraf mühitə uyğunluq, yeni modellərin çeşidinin artması və şarj infrastrukturunun aktiv inkişafı ilə əlaqələndirirlər.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
reyting.az

1Mənbələr