AZ

Axı uşaqla dini tərbiyə mövzunu necə razılaşdırmaq olar? - deputatdan irad

7 yaşlı uşaqlara dini tərbiyə məsələsi valideyn razılığı ilə belə düzgün həyata keçirilə bilməz. Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. 

“Valideyn uşağa deyəcək ki, gəl, başını bağlı dinə etiqad et. Amma uşaq bu yaşda bunu başa düşmür və sadəcə icra edir", - deputat deyib.

Babaoğlu həmçinin vurğulayıb ki, valideynin dini savadı yetərli olmadan uşağa dini tərbiyə verməsi mümkün deyil. Ona görə də, qanun layihəsində uşaqların dini tərbiyəsi ilə bağlı bu bölmənin çıxarılması tövsiyə olunur.


Hazırda Milli Məclisdə müzakirə olunan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində valideynlərin dini tərbiyə ilə bağlı səlahiyyətləri nəzərdə tutulur. 

Təklif olunan yeni qanuna görə, Azərbaycanda müzakirə edilən “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi valideynlərin (və ya onları əvəz edən şəxslərin) qarşılıqlı razılıq əsasında uşaqları öz dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə etməsini nəzərdə tutur. 

Layihəyə əsasən, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır.

Sənəddə vurğulanır ki, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

Gülnar Nazimqızı 

Seçilən
30
anews.az

1Mənbələr