Suriya Prezidenti Əhməd əl-Şaraa rəsmi səfər çərçivəsində Moskvaya gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, suriyalı liderin təyyarəsi paytaxtdakı Vnukovo hava limanına enib.
Əhməd əl-Şaraa hava limanında Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin tərəfindən qarşılanıb.