AZ

Azərbaycan ilə Dünya Neft Şurası əməkdaşlığın inkişafını müzakirə etdilər

Bakı. Trend:

Azərbaycan ilə Dünya Neft Şurası (WPC Energy) qlobal enerjigündəliyində aktual məsələləri və regional enerji layihələrinimüzakirə ediblər.

TrendEnergertika Nazirliyinə istinadən xəbər verir ki, bu, energetikanaziri Pərviz Şahbazovla Dünya Neft Şurasının (WPC Energy)prezidenti Pedro Miras arasında keçirilən görüş zamanı baştutub.

Nazir Pərviz Şahbazov bildirib ki, Azərbaycan ənənəvi neft vəqaz istehsal edən və ixrac edən ölkə olmasına baxmayaraq, enerjikeçidi istiqamətində də irəliləyişlərə nail olub. Son illərdəenerji sektorunda genişmiqyaslı islahatlar həyata keçirilib, busahədə çoxsaylı normativ-hüquqi aktlar qəbul edilib, bərpa olunanenerji mənbələrinin inkişafına başlanılıb. Qeyd olunub ki,Azərbaycan 2030-cu il üçün bərpa olunan enerji mənbələrininquraşdırılmış gücdə payının 30 faizə çatdırılmasını hədəfləyib.Hazırda isə bu göstəricinin artıq 2027-ci ilə qədər 33,7 faizəçatdırılması planlaşdırılır. Bu da ölkənin enerji keçidiistiqamətində ciddi irəliləyiş əldə etdiyini göstərir və bu yolungələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Görüşdə regional və beynəlxalq əhəmiyyət daşıyan enerjilayihələrinə də diqqət yönəldilib. Mərkəzi Asiya, Türkiyə vəAvropanı əhatə edən enerji bağlantıları vahid konsepsiyaçərçivəsində qiymətləndirilib. Bildirilib ki, bu layihələr enerjisistemlərinin birləşdirilməsi baxımından ölkələri daha dayaxınlaşdırır və regional enerji təhlükəsizliyinə töhfə verir. Bulayihələrin enerji və rəqəmsal infrastrukturun, həmçinin məlumatmərkəzlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı qeydolunub.

Dünya Neft Şurasının prezidenti Pedro Miras Azərbaycanın Asiyailə Avropa arasında açar enerji dəhlizi rolunu xüsusi vurğulayaraq,ölkənin müxtəlif enerji baxışları arasında dialoqu təşviq edənnümunəvi model olduğunu bildirib.

Söhbət zamanı 2026-cı ildə Ər-Riyadda (Səudiyyə Ərəbistanı)keçiriləcək “WPC Energy” Konqresində iştirak və təşkilatlaəməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
46
12
az.trend.az

10Mənbələr