AZ

“PAŞA Həyat Sığorta” 2025-ci ili 53 milyon manat üzərində xalis mənfəət əldə edib

“PAŞA Həyat Sığorta” ASC-nin 2025-ci il üzrə xalis mənfəəti 53.38 mln. manat olub.

Banker.az bunu əldə etdiyi maliyyə hesabatına istinadən xəbər verir.

2025-ci ildə ümumi gəlirlər 696.07 mln. manata çatıb ki, bu da 2024-cü illə müqayisədə 20.3% artımı göstərir. Əsas əməliyyat gəlirləri 680.85 mln. manat olub və 2024-cü illə müqayisədə 14.2% artıb. İnvestisiya gəlirləri isə 50.83 mln. manat təşkil edərək illik artım 14.3% olub.

Sığortaçının 2024-cü ildə 60.47 milyon manat xalis mənfəət əldə etmişdi.

“PAŞA Həyat Sığorta”nın həyat sığortası sahəsində sığorta haqları 597.74 mln. manat olub və 2024-cü illə müqayisədə 15.6% artıb. Həyatın ölüm halından sığorta haqları 17.27 mln. manat, əmək qabiliyyətinin sığortası üzrə haqlar isə 4.14 mln. manat təşkil edib. Sağlamlıq sığortası üzrə haqlar 7.69 mln. manata çatıb. İstehsalat bədbəxt hadisələri və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqları 52.91 mln. manat olub və illik müqayisədə 6.7% artıb.

İnvestisiya portfeli 556.11 mln. manat təşkil edib ki, bu 2024-cü illə müqayisədə 22.7% azalma deməkdir. Dövlət istiqrazlarının portfeldə payı 321.71 mln. manat olub və illik müqayisədə 44.0% azalıb. Qeyri-dövlət istiqrazları isə 121.19 mln. manat təşkil edərək 2024-cü illə müqayisədə 199.0% artım göstərib. Depozitlər 101.95 mln. manat olub və illik müqayisədə 9.5% artıb. Digər investisiyalar 0.72 mln. manat təşkil edib və 2024-cü illə müqayisədə 57.6% artım göstərib.

Seçilən
11
banker.az

1Mənbələr