AZ

“Çelsi”nin futbolçusu öz brendini yaradıb FOTO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Çelsi” və İngiltərə millisinin yarımmüdafiəçisi Koul Palmer öz ləqəbi “Cold Palmer”i və imzasını ticarət nişanı kimi İngiltərədə qeydiyyatdan keçirib.

İdman.Biz xəbər verir ki, bu proses “Palmer Management Limited” şirkəti vasitəsilə həyata keçirilib.

Qeydiyyat geyim, aksessuar və idman məhsulları da daxil olmaqla geniş çeşiddə malları əhatə edir. Qeyd olunur ki, bu addım “Palmerin Chateau Palmer” brendi ilə yaranmış mübahisəsini həll etdikdən sonra mümkün olub.

Futbolçunun ləqəbi və imzası indi hüquqi qorunma altında olacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
icma.az

2Mənbələr