Dəhşətli HADİSƏ: Ana körpəsini QƏTLƏ YETİRDİ
Ajans.az yerli mediaya istinadən xəbər verir ki, qız ürək qüsuru ilə doğulub və sağlamlıq problemləri səbəbindən tez-tez ağlayıb. 25 yanvar axşamı uşaq yenidən ucadan ağlamağa başlayıb. Anası onu sakitləşdirməyə çalışsa da, nəticə olmayıb və qadın özünü itirərək qızını boğub. Qızın artıq həyat əlamətləri göstərmədiyini görən ana təcili yardım çağırıb. Əvvəlcə hadisənin qəza olduğunu iddia edən qadının bədənində zorakı ölüm əlamətləri aşkar edilib. Mediada həmçinin qadının ruhi sağlamlıq müəssisəsində müalicə olunduğu bildirilir. Lakin diaqnozuna baxmayaraq, o, əvvəllər xəstəxanaya yerləşdirilməyib, çünki heç kim üçün təhlükə hesab olunmayıb. Hadisə ilə bağlı cinayət işi açılıb və şübhəli şəxs saxlanılıb. 