AZ

“Mançester Siti”də ayrılıq hazırlığı

Misir millisinin futbolçusu Omar Marmuş “Mançester Siti”dən ayrılmağı düşünür.

Msport.az xəbər verir ki, 26 yaşlı hücumçu qış transfer dönəmi bitməmiş “şəhərlilər”dən ayrıla bilər.

O, Antuan Semenyonun komandaya gəlişindən sonra az forma şansı əldə etmək riski ilə üzləşib. “Aston Villa” və “Tottenhem” oyunçu ilə maraqlanır.

Qeyd edək ki, “Mançester Siti” Omar Marmuşu ötən ilin əvvəlində “Ayntraxt”dan 75 milyon avroya alıb. O, cari mövsüm 17 oyunda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
25
2
msport.az

3Mənbələr