AZ

Starmer Çinə getdi

Böyük Britaniyanın Baş naziri Keyr Starmer Çinə rəsmi səfərinə başlayaraq Pekinə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi məlumat verib.

Böyük Britaniya Baş nazirinin səfəri 31 yanvara qədər davam edəcək. Bu, Böyük Britaniya baş nazirinin səkkiz ildən sonra Çinə ilk səfəridir.

Səfər çərçivəsində Çin liderləri ilə ikitərəfli münasibətlər və beynəlxalq məsələləri müzakirə etmək üçün danışıqlar aparılacaq. Çin Xarici İşlər Nazirliyinin çərşənbə günü keçirilən müntəzəm brifinqdə açıqladığı kimi, Starmer Pekindən əlavə Şanxaya da səfər edəcək.

Seçilən
41
ucnoqta.az

1Mənbələr