Xəzər Boru Kəməri Konsorsiumuna (KTK) edilmiş hücumlar ölkənin neft ixracında təxminən 3,8 milyon ton itkiyə səbəb olub.
Publika.az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.
Nazir qeyd edib ki, hücumlar həmçinin sığorta xərclərinin artmasına gətirib çıxarıb.
KTK Qazaxıstanın ən böyük yataqlarını Qara dəniz sahilləri, Nоvорossiysk limanı ilə birləşdirir və ölkənin neft ixracının 80%-i bu kəmər vasitəsilə həyata keçirilir. Şirkətin səhmdarları arasında Rusiya, Qazaxıstan və ABŞ-dan "Chevron", "Mobil Caspian Pipeline Company" və "Rosneft-Shell Caspian Ventures Limited" yer alır.