AZ

Qazaxıstan Rusiyanı Azərbaycanla əvəzləyir...

Qazaxıstan neft ixracının əsas həcmlərini CPC (Caspian Pipeline Consortium) boru xətti ilə Rusiya üzərindən həyata keçirsə də, alternativ marşrutlar, xüsusilə Bakı–Tiflis–Ceyhan (BTC) yolu üzrə ixracı artıracaq.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan enerji naziri Erlan Akkenjenov bildirib. O qeyd edib ki, nazir BTC ilə neft ixracının artırılması üzrə planlarını açıqlayıb. O, bildirib ki, 2025-ci ildə BTC marşrutu ilə təxminən 1,3–1,4 milyon ton neft daşınıb. 2026-da isə təxminən bu rəqəmin 1,6–1,7 milyon ton olacağı gözlənilir. Nazirin sözlərinə görə, müqavilə çərçivəsində bu marşrutla illik tranzit həcmi 2,2 milyon ton səviyyəsində nəzərdə tutulub və uzunmüddətli perspektivdə maksimum fiziki həcmlər 7 milyon tona qədər artırıla bilər. Bu faktiki ixracdan 4 dəfədən, müqavilədə nəzərdə tutulandan isə 3 dəfədən çoxdur. Yəni Rusiya kəməri ilə gedən həcmlərin bir hissəsi Azərbaycana yönələcək. Nazir qeyd edib ki, bu addım Qazaxıstanın ixrac marşrutlarını diversifikasiya etmək strategiyasının bir hissəsidir və Azərbaycan tranziti vasitəsilə ixracın artması region üçün strateji əhəmiyyət daşıyır.

Qazaxıstan Rusiya tərəfdən ixracı nisbətən azaldaraq, Azərbaycanın tranzit imkanlarından daha çox istifadə etməyi planlaşdırır və BTC marşrutunu əsas alternativ kimi nəzərdə tutur.

Seçilən
10
2
buta.tv

3Mənbələr