AZ

Hansı balıqda ən çox D vitamini var?

D vitamini yağda həll olunan vacib vitamindir və sümüklərin möhkəmlənməsi, kalsiumun mənimsənilməsi və immun sisteminin güclənməsi üçün mühüm rol oynayır.

 

Pravda.az D vitamini baxımından ən zəngin balıq növlərini təqdim edir:

 

Skumbriya balığı: Təxminən 16,1 mcg D vitamini ilə yanaşı, omeqa-3 yağ turşuları ilə zəngindir.

 

Qızıl balıq (somon): 14,2 mcg D vitamini ehtiva edir, xüsusilə vəhşi növləri daha faydalı hesab olunur.

 

Kilkə balığı: Kiçik ölçüsünə baxmayaraq, protein, omeqa-3 və D vitamini ilə zəngindir.

 

Ton balığı: Zülal və A vitamini ilə yanaşı, müəyyən miqdarda D vitamini də təmin edir. Hamiləlik dövründə az miqdarda istehlakı tövsiyə olunur.

 

Siyənək balığı: Orta səviyyədə D vitamini və digər faydalı qida maddələri ehtiva edir.

 

Mütəxəssislər bildirirlər ki, D vitamini həm qida rasionu, həm də günəş işığı vasitəsilə əldə oluna bilər və orqanizmin ümumi sağlamlığı üçün vacibdir.

 

Əminə Bayramova

Tarix: 28 Yanvar 2026, 14:21   
Seçilən
47
pravda.az

1Mənbələr