AZ

Ukrayna-Rusiya görüşləri davam edir: Sülh hələ uzaqdadır

Ukrayna və Rusiya arasında danışıqlar prosesi sürətləndiyi halda, atəşkəs hələ də elan olunmayıb. Müxtəlif regionlarda aparılan görüşlərə baxmayaraq, tərəflər arasında sülh və ya dayanıqlı atəşkəs hələ əldə olunmayıb.

Politoloq Əlimusa İbrahimov News365.az-a açıqlamasında bildirib ki, müxtəlif regionlarda və şəhərlərdə aparılan danışıqlara baxmayaraq, hələ sülh və ya atəşkəs haqqında rəsmi xəbər yoxdur.


Onun sözlərinə görə, bu, əsasən Rusiya tərəfinin atəşkəsi elan edəcəyinə ümid etməsi ilə bağlıdır.

İbrahimov vurğulayıb ki, Rusiya addım-addım irəlilədikcə, əldə etdiyi torpaqların geri qaytarılacağını düşünmür və danışıqlarda səsinin daha çox eşidilməsi və güzəştlərə nail olması üçün bu strategiyanı davam etdirir.

Politoloq həmçinin Zaparojiya istiqamətindəki döyüşlərin əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, burada yerləşən atom elektrik stansiyası danışıqlar prosesində mühüm məsələdir. Əgər gələcəkdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutarsa, əsas müzakirə mövzuları məhz bu iki məsələ – Zaparojiya və atom stansiyasının statusu – ətrafında olacaq.

Seçilən
18
news365.az

1Mənbələr