AZ

170 milyonluq qalmaqal: Hüseyn cinayət işinin bağlanmasını istəyir

Bloger Hüseyn Həsənov və onun vəkili Mixail Yusupov cinayət təqibinə xitam verilməsini xahiş ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.

Həsənov bildirib ki, hərəkətlərinin cinayət xarakteri daşıdığını dərk etməyib. Onun sözlərinə görə, qənaət etdiyi bütün vəsaitlərin qanuni sahibkarlıq fəaliyyətindən əldə edildiyini düşünüb.

Yanvarın 28-də Moskvada Cənub İnzibati Dairəsinin prokurorluğuna Hüseyn Həsənov barəsində cinayət işi daxil olub. Prokurorluqdan bildirilib ki, iş üzrə ilkin istintaq başa çatdırılıb. Həsənova xüsusilə böyük məbləğdə cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması maddəsi ilə qiyabi ittiham irəli sürülüb. Məhkəmə ona barəsində qiyabi həbs qətimkan tədbiri seçib, bloger axtarışa verilib.

Seçilən
33
publika.az

1Mənbələr