
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla bu yaxınlarda təmasda olması və ya Vaşinqtondan danışıqların aparılmasını xahiş etməsi barədə yayılan məlumatları təkzib edib.
O, bu barədə hökumətin bu gün keçirilən iclasının kuluarlarında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Son günlərdə Uitkoffla heç bir əlaqəm olmayıb və İran tərəfi danışıqlar tələb etməyib", - A.Əraqçi qeyd edib.
O əlavə edib ki, hazırda bir sıra ölkələr vasitəçilik edir, səy göstərir və məsləhətləşmələr aparır. İran da onlarla əlaqədədir. XİN başçısı vurğulayıb ki, əgər ABŞ danışıqlarda maraqlıdırsa, bu, təhdid mühitində mümkün deyil. Onun sözlərinə görə, danışıqların öz prinsipləri var. Danışıqlar qarşılıqlı hörmət əsasında bərabər mövqelərdən aparılmalıdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta