AZ

ABŞ Konqresinin əməkdaşları Gürcüstana səfər edib

ABŞ Konqresinin əməkdaşlarından ibarət nümayəndə heyəti Gürcüstana səfər edib...

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyindən bildirilib.

Nümayəndə heyətinin üzvləri regional səfər çərçivəsində Gürcüstan rəsmiləri və müxalifət liderləri ilə görüşlər keçirəcək.

Yerli medianın məlumatına əsasən, görüşlər KİV üçün qapalı olacaq.

Qeyd edək ki, ABŞ-Gürcüstan münasibətlərində 2024-cü ilin sonundan gərginlik hökm sürür. Vaşinqton həmin ilin noyabrın 30-da Tbilisi ilə strateji tərəfdaşlığı dayandırıb. Gürcüstan hökuməti ABŞ-la strateji tərəfdaşlığı təmiz səhifədən bərpa etməyə hazırlığını dəfələrlə bəyan edib.

Poliqon.info

Seçilən
16
3
poliqon.info

4Mənbələr