Bloger Hüseyn Həsənov barəsində 170 milyon rubl (4 milyon manata yaxın) məbləğində vergidən yayınma ittihamı ilə bağlı cinayət işi ittiham aktının təsdiqlənməsi üçün prokurorluğa daxil olub.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, iş üzrə aparılan ilkin istintaq başa çatdırılıb və materiallar baxılması üçün prokurorluğa təqdim edilib.
Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyi Hüseyn Həsənovu axtarışa verib.