AZ

Türkiyəli məşhur reperin bütün mahnıları silindi - FOTO

Türkiyənin məşhur reperi "Blok3" adı ilə tanınan Hakan Aydının "Obsesif" albomu və bir çox mahnısı "saxta müəlliflik bildirimi" iddiası ilə "Spotify" platformasından silinib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, sosial media hesabında verdiyi açıqlama ilə bu vəziyyətə sərt reaksiya verərək mahnıların yenidən platformaya yükləndiyini bildirib.

"Spotify" platformasından silinən məzmunlarla bağlı araşdırma başladığını bildirən "Blok3" yaşananların "saxta müəlliflik bildirimi" (aslı olmayan müəlliflik iddiaları) səbəbiylə meydana gəldiyini iddia edib.

Hesabının təhlükəsizliyi ilə bağlı da şübhələri olduğunu ifadə edən repçi hadisənin arxasında duran şəxs və ya şəxsləri tapacağını və məsələnin hüquqi müstəviyə daşınacağını açıqlayıb.

Seçilən
6
manset.az

1Mənbələr