AZ

“Mançester Siti” “Milan”ın təklifini rədd edib

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın müdafiəçisi Natan Akenin satışına müsbət yanaşmır.

Daha əvvəl “şəhərlilər”in niderlandlı futbolçu ilə bağlı qış transfer pəncərəsində təklifləri nəzərdən keçirəcəyi gözlənilsə də, müdafiə xəttində yaşanan zədə böhranı bu planları dəyişib.

Apasport.az xəbər verir ki, “Milan” 30 yaşlı müdafiəçini transfer etməkdə maraqlıdır və artıq “Mançester Siti”yə rəsmi təklif göndərib. Ancaq İngiltərə klubunun rəhbərliyi və Qvardiola danışıqlara başlamaqdan imtina ediblər.

Natan Akenin “Mançester Siti” ilə müqaviləsinin müddətinin bitməsinə bir il yarım qalır. Onunla maraqlanan klublar arasında “Barselona”nın da adı hallanır.

“Fənər”in qolkiperi sabiq komandasına geri qayıdıb

“Yuventus”un futbolçusu Premyer Liqaya qayıdır

Abraham rəsmən “Aston Villa”da

“Liverpul”un iki müdafiəçisi “Qarabağ”la matçda oynamayacaq

İngiltərəli hücumçunun yeni klubu bəlli oldu - “Beşiktaş” açıqladı

Seçilən
28
apasport.az

1Mənbələr