AZ

Böyük Britaniyanın Azərbaycandakı səfiri “Qarabağ”ın oyununu canlı izləyəcək

Bakı, 28 yanvar, Cavid Əliyev, AZƏRTAC

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqasının liqa mərhələsinin sonuncu – VIII turunda keçiriləcək “Liverpul” – “Qarabağ” oyununu staiondan canlı izləyəcək.

Bu barədə AZƏRTAC-a səfir özü məlumat verib. O, “Enfild” stadionundakı görüşü izləyəcəyi üçün həyəcanlı olduğunu bildirib.

Qeyd edək ki, yanvarın 28-dən 29-na keçən gecə oynanılacaq “Liverpul” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Seçilən
60
2
azertag.az

4Mənbələr