"Mingəçevir" heyətinə yeni oyunçu cəlb edib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
1-ci liqa təmsilçisi "Sumqayıt" və "Araz-Naçxıvan"ın sabiq futbolçusu Qabil Əlizadənin transferini açıqlayıb. 25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Mingəçevir" hazırda turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.