Nipah virusuna qarşı potensial dərman hazırlandı
Ajans.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti tədqiqat nəticələrinə əsasən məlumat yayıb. Nəşrin qeyd etdiyinə görə, Uhan Virusologiya İnstitutunun mütəxəssisləri əvvəlcə koronavirus infeksiyasının müalicəsi üçün yaradılmış "VV116" adlı antivirus preparatının Nipah virusuna yoluxma zamanı nəzərəçarpacaq terapevtik təsir göstərdiyini müəyyən ediblər. Sınaqlar qızılı hamsterlər (dağ siçanları) üzərində aparılıb.