AZ

Baş nazir Trampın psixoloji vəziyyətindən narahatdır

Slovakiyanın Baş naziri Robert Fiko Donald Trampla görüşdən sonra onun psixoloji vəziyyətindən ciddi şəkildə narahatedici olduğunu deyib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Politico" nəşri beş mənbəyə istinadla məlumat yayıb.

R.Fiko bu fikirləri Davosda keçirilən Dünya İqtisadi Forumunda Avropa İttifaqı liderləri ilə söhbəti zamanı səsləndirib. O, yanvarın 17-də Florida ştatındakı Mar-a-Laqo iqamətgahında Tramp ilə keçirdiyi şəxsi görüşdən sonra ABŞ prezidentini “təhlükəli” adlandırıb və onun “özündə olmadığını” deyib.

Mənbələrin bildirdiyinə görə, Fiko ABŞ Prezidentinin davranışlarının və qərarlarının proqnozlaşdırılması çətin olduğunu vurğulayıb və bu vəziyyətin beynəlxalq siyasət üçün risklər yaratdığını qeyd edib.


Telegram kanalımız
Seçilən
25
yenisabah.az

1Mənbələr