AZ

Əraqçi: ABŞ nümayəndəsi ilə əlaqə saxlamamışıq

Əraqçi:

Son günlər İran nümayəndələri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla əlaqə saxlamayıb və danışıqların keçirilməsi üçün müraciət etməyib.

Xalqcebhesi.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Son bir neçə gün ərzində mənimlə Uitkoff arasında heç bir əlaqə olmayıb. Biz danışıqlar tələb etməmişik”, – deyə Əraqçinin sözlərini Mehr agentliyi sitat gətirib.

Nazir əlavə edib: “Əlbəttə, vasitəçi rolunda çıxış edən və bizimlə məsləhətləşən ölkələr var, biz onlarla əlaqə saxlayırıq.”

Məryəm Quliyeva

Seçilən
5
1
xalqcebhesi.az

2Mənbələr