AZ

N.Paşinyan: Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması təhlükəsizliyimiz üçün ən etibarlı təminatdır

Tbilisi, 28 yanvar, AZƏRTAC

Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması bizim təhlükəsizliyimiz üçün ən etibarlı təminatdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Silahlı Qüvvələr Günü münasibətilə xalqa müraciətində söyləyib.

O deyib: “Ermənistan ilə Azərbaycan arasında sülh mövcuddur və bundan daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur”.

N.Paşinyan, eyni zamanda, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə də toxunub. Bildirib ki, Ermənistan ilə KTMT arasında münasibətlər zəifləyib. Bu da Ermənistan üçün yeni imkanlar açır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
60
2
azertag.az

3Mənbələr