AZ

"Saxta əlilliklərin hamısı üzə çıxdı" - Komitə sədri

"Müstəqilliyin ilk illərində, ağır dövrdə bir çox insanlar istifadə etdilər. Real xəstə olmayan insanlar və ya uşaqlar haqqında düzgün məlumat olmamışdı. O insanlar uzun müddət əlillik alırdılar".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Hicran Hüseynova deyib.

"Son dövrdə islahatlar çərçivəsində saxta əlilliklərin hamısı üzə çıxdı", - deyə komitə sədri bildirib.

Anar Kəlbiyev

Seçilən
44
4
unikal.az

5Mənbələr