AZ

Çində Nipah virusunu zəiflədə bilən dərman tapılıb

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çində COVID-19-a qarşı hazırlanmış preparatın Nipah virusuna qarşı da effektiv ola biləcəyi bildirilib.

Xalqcebhesi.az-ın məlumatına görə, bu barədə "South China Morning Post" qəzeti tədqiqat nəticələrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Uhan Virusologiya İnstitutunun mütəxəssisləri əvvəllər koronavirus infeksiyasının müalicəsi üçün yaradılmış VV116 adlı antivirus dərmanının Nipah virusuna yoluxma zamanı güclü terapevtik təsir göstərdiyini müəyyən ediblər. Sınaqlar qızılı xomyaklar üzərində aparılıb.

Tədqiqatçıların bildirdiyinə görə, VV116-nın ağızdan qəbulu laboratoriya heyvanlarının sağ qalma səviyyəsini 66,7%-ə qədər artırıb, eyni zamanda infeksiyanın əsas hədəf orqanları sayılan ağciyərlərdə, dalaqda və beyində virus yükünü əhəmiyyətli dərəcədə azaldıb.

Çinli virusoloqlar hesab edirlər ki, bu nəticələr ilk dəfə olaraq preparatın Nipah virusuna qarşı terapevtik potensialını təsdiqləyir. Onların fikrincə, dərman həm tibb işçiləri və laboratoriya əməkdaşları kimi risk qrupunda olan şəxslər üçün profilaktik vasitə, həm də mövcud və gələcək mümkün yoluxmalar zamanı əlçatan müalicə preparatı kimi istifadə oluna bilər.

Nipah virusuna son iki təsdiqlənmiş yoluxma halı 2025-ci ilin dekabrından bəri Hindistanın Qərbi Benqal ştatında qeydə alınıb. Bununla yanaşı, Hindistan Səhiyyə Nazirliyi ölkədə beş yoluxma halının aşkarlandığı barədə bəzi KİV-lərin məlumatlarını təkzib edib.

Nipah virusu ilk dəfə 1998-ci ildə Malayziyada aşkar olunub. O vaxtdan bəri Asiya ölkələrində, o cümlədən Hindistanda vaxtaşırı yayılma halları qeydə alınır. Xəstəlik beyin iltihabına və ağır tənəffüs fəsadlarına səbəb olur. Virusa qarşı peyvənd hələ mövcud deyil və ölüm halları 70%-ə çata bilər.

İnfeksiyanın əsas daşıyıcıları meyvə ilə qidalanan iri yarasalar (krylanlar) hesab olunur. Həkimlər virusun yayıldığı bölgələrdə zədələnmiş və ya dişlənmiş meyvələrin yeyilməməsini, yerdən meyvə götürməməyi tövsiyə edirlər.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
icma.az

1Mənbələr