AZ

45 yaşlı Dani Quiza klubunu dəyişdi

style='margin-bottom:10px;'>

İspaniya millisinin sabiq üzvü Dani Quizanın yeni klubu məlum olub.

QOL.az xəbər verir ki, 45 yaşlı hücumçu  İspaniya çempionatlarında səviyyəcə 7-ci liqasında çıxış edən “Xerez İndustrial”a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli forvardla bu ilin iyununa qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, karyerası ərzində "Fənərbaxça" (Türkiyə), "Barselona", "Kadis", "Mayorka" və "Xetafe" (hamısı İspaniya) klublarının formasını geyinmiş D.Quizanın son iş yeri İspaniyanın 7-ci liqasında çıxış edən “Rayo Sanluqeno” klubu olub. O, İspaniya millisində meydana çıxdığı 21 oyunda 6 qol vurub.

Seçilən
68
5
teleqraf.com

6Mənbələr