AZ

Ötən il manatın nominal effektiv məzənnəsi aşağı düşüb

Bakı. Trend:

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycan manatınınxarici valyutalara nisbətdə ümumi nominal effektiv məzənnə indeksi102,5 faiz bəndi təşkil edib.

Trend bu barədəAzərbaycanın Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, bu aylıq ifadədə 0,9 faiz bəndi, 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə isə 6,7 faiz bəndi azdır.

Eyni zamanda, 2025-ci ilin sonuna olan vəziyyətə görə manatınqeyri-neft sektoru üzrə nominal effektiv məzənnə indeksi 174,1 faizbəndi olub ki, bu da aylıq ifadədə 1,4 faiz bəndi, 2024-cü ilineyni dövrü ilə müqayisədə isə 9,6 faiz bəndi azdır.

Bundan əlavə, 2025-ci ilin sonuna ümumi real effektiv məzənnəindeksi 115,8 faiz bəndi təşkil edib. Bu göstərici aylıq müqayisədə0,5 faiz bəndi, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 9,3faiz bəndi azdır.

Hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real effektivməzənnə indeksi isə 112,1 faiz bəndi olub ki, bu da aylıqmüqayisədə 0,5 faiz bəndi, illik müqayisədə isə 9,6 faiz bəndiazalma deməkdir.

Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycandafəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrininsayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.

Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım8% və ya 2,026 nəfər olub.

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyətgöstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkiledib.

Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manatolub.

Məqalədə:
Seçilən
33
az.trend.az

1Mənbələr