AZ

7 körpənin öldüyü yanğınla bağlı yeni detallar açıqlandı

7 körpənin öldüyü yanğınla bağlı yeni detallar açıqlandı

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verib. Vəkil bildirib ki, məhkəmə tərkibi dəyişsə də, proses yenidən başlamayıb: "İşə yenidən baxılmalıdır". Digər vəkillər vəsatəti müdafiə etsə də, vəsatət təmin edilməyib.

Daha sonra vəkil hadisə baş verən zaman körpələrin başqa xəstəxanalara hospitalizasiyasını həyata keçirən tibb personalının məhkəməyə şahid qismində çağırılmasını istəyib. Vəkil iddia edib ki, körpələr Kliniki Tibbi Mərkəzə aparılsa da, həkimlər onların yanına buraxılmayıb, ona görə də körpələr ölüb. Zərərçəkmiş tərəf isə bildirib ki, Kliniki Tibbi Mərkəz onlara yalnız yer və avadanlıq verib, uşaqlara elə Perinatal Mərkəzin həkimləri baxıb. Bu vəsatət də təmin edilməyib.

Məhkəmənin növbəti iclası 4 fevrala təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, müəssisəyə 361 min manat maddi ziyan vurulub. İstintaqın rəyinə görə, direktor Mehriban Abasquliyeva xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində elektrik təsərrüfatı artıq yüklənib və bu da yanğına səbəb olub.

Eyni zamanda, direktor və şöbə müdirləri Hamlet Mustafayev və Elnur Əhmədlinin Fövqəladə Hallar Nazirliyi tərəfindən aşkarlanan yanğın təhlükəsizliyi nöqsanlarını aradan qaldırmadıqları müəyyən edilib. Təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarını pozma maddələri ilə ittiham olunurlar.

Seçilən
22
afn.az

1Mənbələr