ABŞ İranla gərgin qarşıdurma fonunda Yaxın Şərqdə hərbi təlimlər keçirməyi planlaşdırdığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Bildirilir ki, ABŞ Hava Qüvvələrinin nümayişi Ağ Evin amerikalıların İrana qarşı daha çox zərbə endirə biləcəyini göstərmək məqsədilə elan edilib. Təlimlər minlərlə insanın həyatını təhlükə altına alan qarşıdurmaların qarşısını almağa və regionda ABŞ-ın gücünü nümayiş etdirməyə hesablanıb.
"Təlim ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında döyüş hava gücünü yerləşdirmək, bölüşdürmək və saxlamaq qabiliyyətini nümayiş etdirmək üçün çoxgünlük təkmilləşmə məşqləridir", - ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) bildirilib.
Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, təlimlərin məqsədi dağıtma və manevr imkanlarını artırmaq, regional tərəfdaşlığı gücləndirmək və çevik cavab tədbirlərinə hazırlığı təmin etməkdir. Təlimlərdə iştirak edən hərbi texnika və ətraflı planlar hələ açıqlanmayıb.