Bakı.Trend:
İndi mərkəzi stansiyalar rolunu ən çox “28 May” və “Sahil”stansiyaları daşıyır. Digər stansiyalardan gələnlər əsasən bu ikistansiyaya gəlir.
Trend xəbərverir ki, bu fikirləri rəqəmsal İnkişaf və nəqliyyat nazirininmüavini Rəhman Hümmətov bu gün “Bakı şəhərində və ətraf ərazilərdənəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cuillər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsrolunmuş dəyirmi masada sualları cavablandırarkən deyib.
Nazir müavini qeyd edib ki, ilkin olaraq keçid stansiyalarınıinşa etməyimizin əsas səbəbi mərkəzin nəqliyyat yükünü azaltmaq vəsərnişinlərin mərkəzə gəlməsi və mərkəzdən getməsi üçün alternativstansiyalar təklif etməkdir, yəni, şəbəkəni şaxələndirməkdir:
"“28 May” stansiyasına keçid stansiyası olaraq “Cəfər Cabbarlı”stansiyası mövcuddur. 2030-cu ilədək “Nizami”, “Sahil” və “Xətai”stansiyaları üçün də keçid stansiyaları inşa olunacaq və bununla damərkəzi stansiyaların yükü azalacaq. Bundan sonraki mərhələlərdəisə artıq şəhər ətrafı ərazilərə metro xətlərinin çəkilməsiməsələsi gündəmə gətiriləcəkdir".