AZ

1200-dən çox insana saxta sürücülük vəsiqəsi verilib



Özbəkistanın səkkiz bölgəsində 1200-dən çox vətəndaşa saxta sürücülük vəsiqəsi verilib.

Newscenter.az "Söutnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti açıqlama verib.

Belə hallar Daşkənd şəhərində, Surxandərya, Səmərqənd, Sırdərya, Namanqan, Nəvai, Əndican və Kaşkadərya vilayətlərində qeydə alınıb.

Təhlilə görə, saxta arayış alan 455 nəfər Yol Hərəkəti Qaydalarını 1305 dəfə pozub. Onlardan 9-u yol-nəqliyyat hadisəsi törədib, nəticədə 6 nəfər xəsarət alıb, 3 nəfər isə ölüb.

Hazırda saxta sürücülük vəsiqələri və onların verilməsi üçün əsas kimi istifadə edilən sənədlər yoxlanılır. Baş Prokurorluq xatırladıb ki, saxta sənədlərin istifadəsi qanunla qadağandır.

Süleyman
Seçilən
32
1
newscenter.az

2Mənbələr