AZ

ABŞ-də ölənlərin sayı 45-ə ÇATIB

Ajans.az bubarədə AssociatedPressyerlihakimiyyətorqanlarınaistinadənxəbəryayıb. Ölənlər arasında Texas ştatında buzun üzərinə düşərək həyatını itirən üç uşaq və Nyu-York şəhərinin küçələrində tapılan on nəfər də var. Hadisələr şəhər administrasiyasının, xüsusən mer Zöhran Məmdani tərəfindən həssas qrupları qorumaq üçün görülən tədbirlərə dair ictimai müzakirələrə səbəb olub. Çərşənbə axşamı axşam saatlarına olan məlumata görə, 448 mindən çox ev və müəssisə elektriksiz qalıb. Qəzaların yarısından çoxu Tennessi və Missisipi ştatlarında qeydə alınıb. Energy şirkəti xəbərdarlıq edib ki, bəzi ərazilərdə, o cümlədən Missisipi ştatının Qrenada şəhərində elektrik enerjisinin bərpası bir neçə gün çəkə bilər. ABŞ Milli Hava Xidməti proqnozlaşdırır ki, cümə və şənbə günləri ölkənin şərq hissəsində Arktika cəbhəsi güclənəcək və həftəsonu yeni qış fırtınası gözlənilir. Cənub bölgələrində, o cümlədən Floridada rekord dərəcədə aşağı temperatur müşahidə olunacaq. Hava Proqnozlaşdırma Mərkəzi bildirir ki, bəzi ərazilərdə bu, onilliklər ərzində ən uzunmüddətli soyuq dalğa ola bilər.

 

Seçilən
17
Ajans.az

1Mənbələr