ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Qarabağ”ın futbolçusu Mateus Silva müsahibə verib.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, müdafiəçi “Qarabağ”dan və şəxsi karyerasından söz açıb:
“Qarabağ” hər zaman titullar uğrunda mübarizə aparan komandadır. Onların layihəsi, strukturu və planları bura gəlməyində həlledici rol oynamışdı. Burda qazandığım titullar mənim üçün çox vacibdir. Bunlar gündəlik zəhmətin, fədakarlığın nəticəsidir.
Çempionlar Liqasında maraqlı, gərgin oyunlarımız olub. Hesabda geri düşdüyümüz anlarda belə inamımızı itirməmişik. Nəticələrimiz komandanın gücünü göstərir. “Qarabağ” hər mövsüm inkişaf edir və uğurlar klubda işlərin düzgün getdiyinə sübutdur”.
Silva bu mövsüm 24 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.