Bakı. Trend:
Argentina 2025-ci ilin dekabr ayının əvvəlindən bəri təxminən 5min əcnəbi Argentinadan deportasiya edib və ya ölkə ərazisinəburaxmayıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Argentina hökumətinin sədri Manuel Adorni bunun rekord göstəriciolduğunu bildirib.
“Son iki ay ərzində təxminən 5 000 əcnəbi ölkədən çıxarılıb,əraziyə buraxılmayıb, saxlanılıb və ya deportasiya edilib. ...Sərhədlərdə, limanlarda və hava limanlarında nəzarətingücləndirilməsi sayəsində bu, rekord rəqəmlərdir”, – deyə o,"WhatsApp" kanalında yazıb.
Adorninin sözlərinə görə, dekabr ayında 2 400 əcnəbi ölkədənçıxarılıb və ya Argentinaya buraxılmayıb, yanvarın əvvəlindən isəbu rəqəm 2 300 nəfər olub.
2025-ci ilin mayında Argentina Prezidenti Xavyer Miley ölkəninmiqrasiya qanunvericiliyini sərtləşdirən fərman imzalayıb. Sənədxüsusilə ölkəyə giriş və vətəndaşlıq əldə olunması məsələlərinə aidnormaları sərtləşdirir. Yeni norma həmçinin Argentinada cinayəttörətmiş əcnəbilərin deportasiyasını sadələşdirib.