AZ

Deputat: “Gündə bir dəfə yemək yeyirəm, cola, fanta içmirəm”

“Şəxsi olaraq qidalanmaya diqqət edirəm. Xüsusi tibbi pəhrizim yoxdur, sadəcə ölçülü və sadə qidalanmanı üstün tuturam. Gündə bir dəfə, o da az miqdarda yemək yeməyə çalışıram”.

Bunu “Yeni Sabah”a açıqlamasında Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev deyib.

Parlamentari bildirib ki, sadə və ölçülü qidalanmağa üstünlük verir:

“Daha çox ev yeməklərinə üstünlük verirəm, amma iş rejimi ilə əlaqədar bəzən restoranlarda da yemək məcburiyyətində qalırıq. Şirin qazlı içkilər - cola, fanta və oxşar məhsullardan isə qətiyyən istifadə etmirəm”.

R.Nurullayev qeyd edib ki, spirtli içkilərdən uzaq durmağa çalışır:

“Spirtli içkilərə gəlincə, onlardan uzaq durmağa çalışıram. Amma bu məsələdə seçim hər kəsin şəxsi işidir, içən insanlara da mənfi münasibətim yoxdur”.

Qida təhlükəsizliyi ilə bağlı məsələyə də toxunan Aqrar siyasət komitəsinin sədr müavini hesab edir ki, son vaxtlar bununla bağlı narahatlıqların artması təsadüfi deyil:

“Ümumilikdə, ölkədə bu sahədə nəzarət mexanizmləri mövcuddur, müəyyən işlər görülür. Ancaq bazara çıxan məhsulların keyfiyyəti, idxal olunan qidalar, saxlanma və satış şəraiti ilə bağlı problemlər də hələ qalır. Buna görə nəzarət daha effektiv, şəffaf və real nəticəyə yönəlmiş olmalıdır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
45
yenisabah.az

1Mənbələr