AZ

Qazaxıstan CPC-yə hücumlar nəticəsində 4 milyon tona yaxın neft ixrac edə bilməyib

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) sisteminə edilən hücumlar səbəbindən təxminən 3,8 milyon ton neft ixrac edə bilməyib.

"Far.Az" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Yerlan Akkenjenov bildirib.

Onun sözlərinə görə, Qazaxıstan tankerlərə hücumlardan sonra "Tengiz" və "Korolevskoe" yataqlarında hasilatın dayandırılması ilə əlaqədar təxminən 1 milyon ton neft itkisi ilə üzləşib. Hazırda hər iki yatağın fəaliyyəti qismən bərpa olunub.

"Biz bir həftə ərzində "Tengiz" yatağının tam işə salınacağını gözləyirik", - nazir qeyd edib.

CPC obyektləri yaxınlığında tankerlərə hücumlardan sonra gəmilərin sığorta dəyəri də əhəmiyyətli dərəcədə artıb.

Seçilən
6
1
far.az

2Mənbələr