AZ

İsrail “Girov Saatı”nı dayandırdı


Sonuncu girovun qalıqları geri qaytarıldıqdan sonra Təl-Əviv meydanında İsrail girovlarının Qəzza zolağında əsir düşdüyü vaxtın hər saniyəsini qeyd edən saatt dayandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Məlumata görə, saat fəalların və girovların qohumlarının iştirakı ilə dayandırılıb.
Ümumilikdə, saat 843 gün 12 saat işləyib.
“2014-cü ildən bəri ilk dəfə olaraq bu səhər Qəzzada bir dənə də olsun girov olmadan oyandıq. Artıq saatı dayandırmaq vaxtıdır”, - Girov Ailələri Forumunun nümayəndəsi bildirib.
Qeyd edək ki, dünən İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında əsir götürülmüş sonuncu israilli girov mayor C. Ran Qvilinin geri qaytarıldığını və şəxsiyyətinin müəyyən edildiyini elan edib.
İDF-nin məlumatına görə, o, 7 oktyabr 2023-cü ildə 24 yaşında döyüşdə həlak olub.
Seçilən
85
yeniavaz.com

1Mənbələr