AZ

Həbsdə olan valideynlərin uşaqları dövlət müdafiəsinə götürüləcək 

Valideyn himayəsindən məhrum uşaqların hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qanunvericiliyə yeni əsasların əlavə edilməsi təklif olunur. 

Ölkə.az-ın məlumatına görə, bu, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirdiyi iclasında müzakirə edilib.

Təklif olunan dəyişikliklə valideynlərin məlum olmadıqda, məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə uşaqların hüquq və mənafelərinin dövlət tərəfindən müdafiə olunması halları ayrıca göstərilir.

Bundan başqa, valideynlərin xəstəlik, əlillik və ya əqli qüsurlarla əlaqədar valideynlik vəzifələrini həyata keçirə bilmədikləri halların da siyahıya əlavə olunması təklif edilir. Eyni zamanda, valideynlərin uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi, uşaqları sosial xidmət müəssisələrindən götürməkdən imtina etməsi də valideyn himayəsinin faktiki olaraq mövcud olmadığı hallar kimi nəzərdə tutulur.
Dəyişikliklərdə diqqət çəkən digər məqam valideynlərin cəzaçəkmə müəssisələrində cəza çəkməsi halının da uşaqların dövlət müdafiəsinə götürülməsi üçün əsaslar sırasına daxil edilməsidir.

Bu hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Seçilən
15
1
olke.az

2Mənbələr