AZ

Azərbaycan qanunvericiliyinə “erkən evlilik” anlayışı gətirilir

Bakı. Trend:

Azərbaycanda Respublikasının uşaq hüquqları haqqındaqanunvericiliyinə yeni anlayışlar daxil ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaqməsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaqhüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, bu Qanunda istifadə olunan əsasanlayışlar aşağıdakı mənaları ifadə edəcək:

  • çətin həyat şəraitində olan uşaqlar –həyat fəaliyyəti “Sosial xidmət haqqında” Qanunda müəyyən edilmişhalların mövcudluğu nəticəsində pozulan və bu halları təkbaşına vəya ailəsinin köməyi ilə aradan qaldıra bilməyən uşaqlar;
  • erkən evlilik – uşaqla nikahbağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq;
  • uşağın qanuni nümayəndələri –valideynlər, valideynləri əvəz edən şəxslər, onlar olmadıqdaqəyyumluq və himayəçilik orqanının nümayəndəsi;
  • uşağın sosial reabilitasiyası –uşağın normal yaşayış mühitinin, sosial əlaqələrinin bərpası və onaqayğı göstərilməsi üzrə həyata keçirilən kompleks tədbirlər;
  • uşağın üstün mənafeləri – bu Qanunavə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına uyğunolaraq uşağın rifahı, təhlükəsizliyi, sağlamlığı, təhsili vəinkişafı ilə bağlı mənafeləri;
  • uşaq – 18 yaşına (yetkinlik yaşına)çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxs;
  • uşaqlar barəsində icraat – uşaqlarbarəsində mülki işlər, cinayət işləri, inzibati xətalara vəinzibati mübahisələrə dair işlər üzrə icraat, inzibati icraat;
  • uşaqlara qarşı cismani cəza –valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyatakeçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman,mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrinişçiləri tərəfindən tərbiyə etmək məqsədilə və ya intizam tədbirikimi uşaqlara qarşı törədilən fiziki və (və ya) psixolojizorakılıq;
  • uşaqlara qarşı zorakılığın formaları– fiziki zorakılıq, cinsi zorakılıq, psixoloji zorakılıq, cismanicəza, etinasız rəftar, təhlükədə qoyma, istismar, davamlı təzyiq vəaqressiv davranış;
  • uşaqlara qarşı zorakılıq – uşağınhəyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə,ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükəyaradan, ona fiziki və ya psixoloji əzab verən və ya verə biləcək,uşağın mənafeyinə zidd olan, müxtəlif üsullarla, o cümlədəninternet informasiya ehtiyatlarından və yainformasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklətörədilən əməl (hərəkət və ya hərəkətsizlik);
  • valideynləri əvəz edən şəxslər –övladlığa götürənlər, qəyyumlar (himayəçilər).
Seçilən
66
4
az.trend.az

5Mənbələr