“Tottenhem”in hücumçuları Randal Kolo-Muani və Vilyson Odober qəzaya düşüb.
Publika.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Frank mətbuat konfransında məlumat verib.
“Kolo-Muani və Odober təkərin partlaması səbəbindən avtomobil qəzası keçiriblər, lakin hər ikisi özünü yaxşı hiss edir və bu axşam Frankfurta yollanacaqlar”, – deyə Frank bildirib.
Qeyd edək ki, yanvarın 28-də “Tottenhem” Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turu çərçivəsində səfərdə “Ayntraxt”la qarşılaşacaq. Hazırda İngiltərə təmsilçisi turnir cədvəlində 14 xalla beşinci pillədə yer alır, Almaniya klubu isə 4 xalla 33-cü mövqedə qərarlaşıb.