AZ

Tramp bu dəfə İraqı hədələdi: Nuri əl-Maliki baş nazir olarsa…

Nuri əl-Maliki İraqın baş naziri olsa, ABŞ artıq İraqa kömək etməyəcək.

Ölkə.az  xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Eşidirəm ki, İraq kimi böyük ölkə Nuri əl-Malikini yenidən baş nazir seçməklə çox pis bir seçim edə bilər. Maliki sonuncu dəfə hakimiyyətdə olanda ölkə yoxsulluğa və tamamilə xaosa qərq oldu. Bunun bir daha baş verməsinə icazə verməməliyik. Onun dəlicəsinə siyasəti və ideologiyaları üzündən seçilərsə, ABŞ artıq İraqa kömək etməyəcək və biz kömək etməsək, İraqın uğur, rifah və ya azadlıq şansı olmayacaq. İraqı yenidən böyük edin”, - ABŞ prezidenti qeyd edib.

 Mürtəza

Seçilən
9
1
olke.az

2Mənbələr