AZ

Türkiyədə FETÖ-yə qarşı geniş-miqyaslı əməliyyat – 151 nəfər tutulub

Bakı. Trend:

Türkiyənin 46 vilayətində FETÖ terrorçu təşkilatına qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.

Trend xəbər verirki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi“X” səhifəsində paylaşım edib.

Nazir açıqlamasında, 46 vilayətdə FETÖ-yə qarşı paralel şəkildəkeçirilən əməliyyatlarda barəsində qəti həbs cəzası və ya axtarışqeydiyyatı olan 151 şübhəlinin saxlanıldığını bildirib

O qeyd edib ki, şübhəlilərdən 82-si həbs edilib, 54 nəfər ölkənitərk etməmək haqda yazılı iltizamnamənin alınmasından sonra şərtiolaraq sərbəst buraxılıb, digərlərinə qarşı prosedurlar davamedir.

Məqalədə:
Seçilən
75
2
az.trend.az

3Mənbələr