AZ

Ötən il bankların kredit portfeli 9%-dən çox artıb

BAKI, 28 yanvar. TELEQRAF

2025-ci ilin dekabrında bankların kredit portfeli 1.3% və ya 377.5 mln. manat artaraq 30,063 mln. manat olub.

Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit portfelinin strukturunda biznes kreditləri – 53.6% (16,106.3 mln. manat), istehlak kreditləri 31.1% (9,354.2 mln. manat) və ipoteka kreditləri 15.3% (4,602.5 mln. manat) olub.

Ümumilikdə, 2025-ci il ərzində bankların kredit portfeli 9.4% və ya 2,585.4 mln. manat (o cümlədən, biznes kreditləri 1,319.1 mln. manat, istehlak kreditləri 909,3 mln. manat, ipoteka kreditləri 357 mln. manat) artıb.

Seçilən
49
1
teleqraf.com

2Mənbələr