Bakı, 28 yanvar, AZƏRTAC
Bu gün Azərbaycan Basketbol Liqasında XI turdan təxirə salınmış oyun keçiriləcək.
AZƏRTAC xəbər verir ki, "Sabah" "Neftçi" ilə münasibətlərini aydınlaşdıracaq.
Bakı İdman Sarayında reallaşacaq görüş saat 20:00-da başlayacaq.
"Sabah" A qrupunda 25 xalla 2-ci, "Neftçi" isə 19 xalla 3-cü yerdədir.