ABŞ-də güclü qar çovğunu ilə əlaqəli səbəblərdən həyatını itirən insanların sayı 51 nəfərə çatıb.
Hafta.az bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.
Ölüm halları Arkanzas, Kanzas, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Ohayo, Pensilvaniya, Tennesi və Texas ştatlarında qeydə alınıb. Nyu-Yorkda 10 nəfər küçədə donvurmadan ölüb. Bundan əvvəl rəsmi itki sayının 42 olduğu qeyd olunurdu.
09:36
Qar fırtınasında ölənlərin sayı 45-ə çatıb
ABŞ-nin bir neçə ştatında baş verən güclü qar fırtınası və kəskin soyuq nəticəsində ən azı 45 nəfər ölüb.
Hafta.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Associated Press" məlumat yayıb. Bildirilib ki, 500 minə yaxın ev və müəssisə elektriksiz qalıb.
Yerli meteoroloqlar kəskin hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq ediblər.