AZ

Ukrayna Krım istiqamətində hücuma keçdi

Ukrayna Krım istiqamətində hücuma keçib.

Publika.az xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev "Telegram"da yazıb.

O qeyd edib ki, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Krıma hücumunu dəf edir və bölgədə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri artıq Qara dəniz üzərində iki hava hədəfini vurub.

"Sevastopol xilasetmə xidmətindən alınan məlumata görə, şəhərdə heç bir mülki obyektə zərər dəyməyib", - deyə Razvozjayev sonda qeyd edib.

Seçilən
8
publika.az

1Mənbələr