
Türkiyədə FETÖ terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
"FETÖ-nü hədəf alan 46 əyalətdə eyni vaxtda keçirilən əməliyyatlarda 151 şübhəli saxlanılıb. Bu şübhəlilərdən 82-si həbs edilib, 54-nə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Digərləri ilə bağlı proseslər davam edir",-nazir qeyd edib.
İlahə Qənbərli
Missiya.Az