AZ

QHT sədri: "İrandakı dəyişikliklər Zəngəzur dəhlizinin açılmasını sürətləndirə bilər"

"Bu kontekstdə məsələyə yanaşsaq, İranda baş verə biləcək dəyişikliklərin Zəngəzur dəhlizinin tam şəkildə daha tez açılmasına təsir göstərə biləcəyini demək mümkündür. İqtisadi baxımdan bu nəqliyyat qovşağının fəaliyyətə başlaması Avropa və Şimali Avropa ölkələrinin Fars körfəzinə birbaşa çıxışı deməkdir".

QHT.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, bu səbəbdən hesab edirəm ki, məsələyə ikili yanaşmaq lazımdır. Vəziyyətin necə dəyişəcəyi İranda baş verən proseslərdən asılı olacaq. Əgər orada daha açıq və mütərəqqi bir rejim formalaşarsa, investisiyaların İrana yönəlməsi və İran iqtisadiyyatının böyük bir bazara çevrilməsi mümkündür. Qeyd etmək lazımdır ki, İran iqtisadiyyatı təkcə neft sektorundan ibarət deyil:

"Digər mühüm məqam ondan ibarətdir ki, bu gün Venesuela, İran və Rusiya nefti dünya bazarına tam həcmdə çıxmır. Buna baxmayaraq, neftin qiyməti ucuzlaşmağa başlayıb. Normal şəraitdə müharibə dövründə qiymətlərin artması gözlənilsə də, hazırda paradoksal vəziyyət yaranıb: dünyada münaqişələr davam edir, lakin neftin qiyməti yüksəlmir. Bu vəziyyət ciddi araşdırma tələb edir. Çünki burada təkcə iqtisadi amillər deyil, həm də siyasi iradələr və siyasi manipulyasiya faktorları mühüm rol oynayır".

 

Pərvanə Fərhadqızı

Seçilən
23
qht.az

1Mənbələr